İranın ali dini lideri İsraillə bağlı İslam ölkələrinə müraciət edib

21 Sentyabr 2024 20:27 (UTC+04:00)

…İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei dünya müsəlman ölkələrini birləşməyə və İsraillə siyasi eləcə də iqtisadi əlaqələri məhdudlaşdırmağa çağırıb.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İranın yüksək vəzifəli rəsmiləri və Beynəlxalq İslam Birliyi Konfransının iştirakçıları şənbə günü İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüblər.

Görüş Tehranda baş tutub. Ayətullah qeyd edib ki, sionist rejim həyasızcasına və açıq şəkildə Qəzza zolağı, İordan çayının qərb sahili, Livan və Suriyada cinayətlər törədir. Müsəlman icması “daxili gücündən istifadə etməli, İsraillə siyasi əlaqələri məhdudlaşdırmalı və iqtisadi əlaqələri kəsməlidir.

…Bundan əvvəl ABŞ Konqresi İsrailin Livanda peycerləri bombalamaqla beynəlxalq humanitar hüququ pozduğunu bildirib.

Əli Babayev