Avtomobillə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

21 Sentyabr 2024 20:04 (UTC+04:00)

Yevlax şəhər ərazisində rayon sakini, 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.