Özbəkistan “arzuolunmaz əcnəbilər”lə bağlı düzəlişləri qəbul edib

21 Sentyabr 2024 19:47 (UTC+04:00)

Özbəkistan parlamentinin yuxarı palatası “arzuolunmaz əcnəbilər haqqında” qanuna dəyişiklikləri qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gazeta.uz xəbər verir.

“Arzuolunmaz əcnəbi” statusu bəyanatları və hərəkətləri, xüsusən də Özbəkistanın maraqlarına zidd olan, düşmənçilik doğuran və milli tarixi gözdən salan şəxslər tərəfindən əldə edilə bilər.

Müvafiq reyestrə daxil edilmiş xarici ölkələrin vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərə beş il müddətində bir sıra məhdudiyyətlər, o cümlədən, ölkəyə giriş, bank hesablarının açılması və daşınmaz əmlakın alınmasına qadağa qoyulur.

Əli Babayev