Çexiyada regional və parlament seçkiləri keçirilir

21 Sentyabr 2024 19:34 (UTC+04:00)

Çexiyada saat 8:00-da başlayan regional seçkilər davam edir.

SİA xəbər verir ki, onların nəticələrinə əsasən, respublikanın 13 inzibati rayonunda yeni tərkib formalaşdırılacaq.

Regional seçkilərlə paralel olaraq, ölkə Senatının üzvlüyünə namizədlərə səsvermənin birinci turu da keçirilir. Çexiya Konstitusiyasına əsasən, hər iki ildən bir Senatın üçdə biri rotasiya qaydasında yenidən seçilir.

Senat və regional administrasiyalara seçkilərin ilkin nəticələri axşam, yekunlar isə bazar günü məlum olacaq.