Putin Harrislə bağlı “zarafat edib”..?

21 Sentyabr 2024 18:03 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putin ABŞ prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləməkdən danışarkən “zarafat edib”.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Sky News Arabia telekanalına müsahibəsində bildirib.

Putinin sentyabrın əvvəlində prezident seçkilərində Harrisi “dəstəkləmək”lə bağlı bəyanatını şərh edən Rusiya XİN rəhbəri deyib ki, onun rəhbəri “zarafat edir” və “yaxşı yumor hissi var”.

…Mən nə indiki seçki kampaniyası ilə bağlı, nə də uzun müddət ABŞ-da gələcək seçki kampaniyaları ilə bağlı heç bir fərq görmürəm.

Bunu Lavrov bildirib.

O, Cozef Baydenin uzun müddətdir ölkəni idarə edə bilmədiyini, lakin bunun əvəzinə “dərin dövlət”in bunu etdiyini və Donald Trampın birinci dövründə Rusiyaya qarşı kifayət qədər ciddi sanksiyalar tətbiq etdiyini bildirib.

…Sonda belə qənaətə gəldik ki, özümüzə güvənməliyik. Biz tariximizdə bir daha heç vaxt “yaxşı əmi”nin Ağ Evə və ya digər Qərb paytaxtına gələcəyinə, eləcə də hər şeyin bizim xeyrimizə olacağına arxalanmayacağıq.

Bunu da Rusiya XİN rəhbəri bildirib.

Əli Babayev