Bakı-Göyçay marşrutu üzrə hərəkət edən mikroavtubus qəzaya uğrayıb, xəsarət alanlar var - FOTOLAR

21 Sentyabr 2024 17:24 (UTC+04:00)

Kürdəmirdə 7 nəfərin xəsarət alması ilə nəticələnın ağır yol qəzası baş verib. SİA xəbər verir ki, qəza günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan mikroavtubusla minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan 6 nəfər Göyçay, 1 nəfər Kürdəmir sakini olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbi və təfərrüatları araşdırmaların sonunda bəlli olacaq.