Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib

21 Sentyabr 2024 17:09 (UTC+04:00)

Konstitusiya Məhkəməsi 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticəsini təsdiq edib. SİA xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib.