Azərbaycan Sankt-Peterburqdan gələnlər üçün ən məşhur yay istiqamətləri arasında yer alıb

21 Sentyabr 2024 17:07 (UTC+04:00)

Yay mövsümünün üç ayı ərzində Sankt-Peterburqdan gələn beynəlxalq aviareyslərin ən populyar istiqamətləri Türkiyə, Belarus, BƏƏ, Özbəkistan, Tacikistan, Azərbaycan, Çin və Qırğızıstan olub. SİA xəbər verir ki, hava limanı yay fəslində ümumilikdə 6,6 milyon sərnişinə xidmət edib.

Şirkətdə yay ərzində ən populyar beynəlxalq istiqamətlərin Antalya və İstanbul (Türkiyə), Minsk (Belarus), Dubay (BƏƏ), Daşkənd və Səmərqənd (Özbəkistan), Düşənbə (Tacikistan), Bakı (Azərbaycan), Şanxay (Çin) və Oş (Qırğızıstan) olduğu qeyd edilib.