Karateçimiz Macarıstanda qızıl medal qazanıb

21 Sentyabr 2024 16:57 (UTC+04:00)

20-22 sentyabr 2024-cü il tarixlərində tarixilərində Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir. SİA xəbər verir ki, mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Rüstəmova Şəlalə bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Heydərova Ramilə gümüş medal qazanıb.