Bayden masanın başına onu əyləşdirdi

21 Sentyabr 2024 16:30 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden nazirlik və idarə rəhbərləri ilə görüşdə həyat yoldaşı Cill Baydeni masanın başına əyləşdirib. SİA xəbər verir ki, Ağ Evdən olan videodan bir hissəni “Fox News” yayımlayıb.

Belə ki, Bayden ilk dəfə həyat yoldaşını ABŞ hökumətinin iclasına dəvət edib.

Prezident Cill Baydenin orada olmasını belə izah edib:

“Burada və əvvəlki administrasiyalarda birinci xanımlar xüsusi səbəblərdən bu görüşlərə qatılıblar. Bu, Cillin bizə qoşulmasının və bu barədə danışmasının nə qədər vacib olduğunu göstərir”.