Mahir Emreli Almaniya çempionatında debüt edib

21 Sentyabr 2024 16:06 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”in heyətində Almaniya II Bundesliqasında debüt edib. SİA xəbər verir ki, 28 yaşlı hücumçu VI turun “Herta” (Berlin) ilə ev matçının 39-cu dəqiqəsində meydana daxil olub. Forvard zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəzləyib.

Hazırda oyunda fasilədir. İlk hissədən sonra qonaq komanda hesabda öndədir - 1:0