Səsverməyə qədər və sonradan MSK-ya daxil olan müraciətlərlə bağlı qərarlar qəbul edilib

21 Sentyabr 2024 15:47 (UTC+04:00)

Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar quraşdırılıb. SİA xəbər verir ki, səsverməyə qədər və sonradan Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər araşdırılıb, onlarla bağlı müvafiq qərarlar qəbul edilib.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 21-də keçirilən iclasında söyləyib.

O bildirib ki, veb-kameraların olması seçkilərin şəffaflığı baxımından vacib əhəmiyyətə malikdir.

Məzahir Pənahovun sözlərinə görə, namizədlərin seçiciləri ilə görüşməsi üçün 5 mindən artıq ünvan ayrılmışdı.