Seçkilərin nəticələrinə dair iclas başladı

21 Sentyabr 2024 15:07 (UTC+04:00)

Azərbaycan Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb. SİA xəbər verir ki, Fərhad Abdullayevin sədrlik etdiyi Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul ediləcək.