Misli Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb

21 Sentyabr 2024 14:52 (UTC+04:00)

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk avtoqol qeydə alınıb. SİA xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.

Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.

“Neftçi”nin futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapılarına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

Qeyd edək ki, “Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.