Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

21 Sentyabr 2024 14:43 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1113 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “(on üç)” sözləri çıxarılsın.

2. “Kollegiyanın üzvləri:” bölməsi üzrə:

2.1. birinci abzasa “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilsin;

2.2. on birinci abzas ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 sentyabr 2024-cü il

№ 429