Fransa: Yeni hökumət və xalqın etiraz nümayişi - FOTO

21 Sentyabr 2024 14:35 (UTC+04:00)

Dünən bildirilən “son düzəlişlər” adı ilə Fransanın yeni baş naziri Mişel Barnye yeni hökumətin üzvlərini hələ də təqdim etməyib. SİA xəbər verir ki, 16-sı tam ştatlı nazir olmaqla 38 namizəddən ibarət hökumət siyahısında Emmanuel Makronun xoşuna gəlməyən namizədlər olub. Bu baxımdan “son düzəlişlər”ə ehtiyac olub. Ancaq sual yaranır: bu “son düzəlişlər” öz bəhrəsini verəcəkmi?

Baş nazirin ətrafl yeni hökumətin bazar günündən əvvəl elan olunacağını bildirib. Qeyd edilib ki, M.Barnye yeni hökumətin üzvləri ilə bağlı sonuncu tərkibi yekunlaşdırılmış siyahısını E.Makrona göndərib. Ancaq 38 namizəddən ibarət olan yeni hökumətin tərkibinin əsasən mərkəzçi və sağçılardan ibarət olması solçuları qəzəbləndirib. Yeni hökumət elan edilməmiş Fransanın bir çox böyük şəhərlərində Makron-Barnye tandeminə qarşı sentyabrın 21-də etiraz nümayişləri elan olunub. Ekoloqlar, Əyilməz Fransa Partiyasının üzvləri, solçular, Makron-Barnye tandeminə qarşı assosiasiyalar, tələbə, ətraf mühit və feminist təşkilatların nümayişlərə qoşulacağı gözlənilir. Parisdə yerli vaxtla saat 14:00-da etirazçıılar paytaxt küçələrində etirazlarını nümayişlə ifadə edəcəklər.

“Mişel Barnye hökuməti qurulmamış fransızlar artıq onu istəmirlər. Xüsusilə üç həmkarlar ittifaqı təşkilatının (Tələbələr İttifaqı, Liseylər İttifaqı və Attac) çağırışı ilə bu gün bütün Fransada Makron-Barnye hökumətinə qarşı etiraz nümayişləri keçiriləcək”, - deyə Attac Assosiasiyası bildirib.

Bordo, Mulhouse, Annecy, Rennes, Niort və Fransanın bir çox başqa şəhərlərində keçiriləcək etiraz nümayişlərinə “Greenpeace Fransa”, “Nous toutes”, “la Jeune Garde antifasciste”, “Action justice climat”, “le Planning familial”, “le collectif national” kimi assosiasiyalar da qoşulduqlarının bəyan ediblər.

Həmçinin vətəndaş cəmiyyəti təşkilatları və tələbə birlikləri oktyabrın 1-də əməkhaqqı, pensiya və ictimai xidmətlər üçün böyük səfərbərlik günü ilə əlaqədar Makronun güc tətbiqini pisləmək üçün səfərbər olmağa çağırıb.

“Yeni Xalq Cəbhəsi” parlament seçkilərində qalib gəldi. Makron bu nəticəni tanımaqdan imtina edir və xalqın suverenliyini pozur. Səsverməyə hörmət demokratiyanın təməl prinsipidir. Şənbə günü biz Milli Assambleyada səfərinə başlayan impiçment tələbini dəstəkləmək üçün yürüş edəcəyik”,- deyə Attac Assosiasiyası bildirib.

“Xalqın seçiminə hörmətlə yanaşın” çağırışı ilə Əyilməz Fransa Partiyası öz saytında “Prezidenti xalqın seçiminə hörmət etməyə məcbur etmək” üçün çağırış edib.

Qeyd edək ki, sentyabrın 7-dəki etiraz nümayişindən sonra bu, artıq xalqın ikinci etiraz nümayişidir.