“Naxçıvan” ilk basketbolçu transferlərini gerçəkləşdirib - FOTO

21 Sentyabr 2024 14:02 (UTC+04:00)

“Naxçıvan” basketbol komandası ilk transferlərini həyata keçirib. SİA xəbər verir ki, muxtar respublika təmsilçisi ABŞ-dan olan Tremer Braun və Şimali makedoniyalı Luka Petrovskinin keçidini rəsmiləşdirib. T.Braun bununla da oyunçu karyerasında ilk peşəkar müqaviləsinə imza atıb.

L.Petrovski isə son olaraq ölkəsinin “Akademiya FMP Skopye” komandasında forma geyinib.

“Naxçıvan” daha əvvəl Cordan Perkins, Rəsul Məmmədzadə və Yavər Abbasov ilə müqavilənin müddətini 1 il uzadıb.