Daşqından xilas olmaq üçün evlərin üstünə çıxdılar - VİDEO

21 Sentyabr 2024 13:57 (UTC+04:00)

Hazırda Avropada müşahidə edilən “Boris” siklonu səbəbindən İtaliyada çaylar daşıb. SİA xəbər verir ki, təhlükəli ərazilərdən yüzlərlə insan təxliyə edilib.

Ölkə rəhbərliyi insanları səyahətdən çəkinməyə və imkan çərçivəsində evdən işləməyə çağırıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən insanların daşqınlardan xilas olmaq üçün evlərin üzərinə çıxdığını görmək mümkündür.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa 24 nəfər “Boris” siklonunun qurbanı olub.

https://youtu.be/5wNv1ANeoH8?si=TSP3VjSeZXwlLUg9