İntihar etmək istəyən 24 yaşlı gənc xilas olundu - VİDEO

21 Sentyabr 2024 13:50 (UTC+04:00)

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub. SİA xəbər verir ki, bir nəfər vətəndaş Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzilində intihara cəhd edib.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2000-ci il təvəllüdlü vətəndaş yaşadığı mənzildə intihara cəhd edib.

Xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılmış və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.