Dəhşətli qəza! Avtomobil suvarma kanalına aşıb: 3 nəfər ölüb

21 Sentyabr 2024 11:09 (UTC+04:00)

Hadisə Türkiyənin Derik rayonunun Boyaklı rayonunda baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sürücünün adı məlum olmayan 47 ASS 210 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq GAP-ın suvarma kanalına aşıb.

Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. Avtomobildə olan 3 nəfər həlak olub.

Həyatını itirənlərin cəsədləri yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq xəstəxana morquna aparılıb.

Jandarma qrupları hadisələ əlaqədar araşdırma başladıb.