Göygöldə ikimərtəbəli evdə yanğın olub

21 Sentyabr 2024 10:11 (UTC+04:00)

Göygöldə ikimərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonunun Firuzabad qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.