Portuqaliyada yanğınlar üçün "milli matəm" elan edilib

21 Sentyabr 2024 10:04 (UTC+04:00)

Sentyabrın 14-dən bəri davam edən və 7 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar Portuqaliyada milli matəm elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkə tarixinin ən böyük meşə yanğınlarından birini yaşayan Portuqaliyada indiyə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilir. Xüsusilə ölkənin şimal bölgəsini əhatə edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğınlar həm müdaxilələr, həm də yağışların başlaması ilə nəzarət altına alınıb.

Ölkədə matəmlə əlaqədar bayraqlar yarıya qədər endirilib. 160 nəfərin yaralandığı yanğınlarla bağlı aparılan araşdırmalarda indiyədək 5 nəfərin saxlanıldığı açıqlanıb. Portuqaliyanın Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi yanğınların 30-a yaxın yerdə davam etməsinə baxmayaraq hələ də nəzarət altında olduğunu açıqlayıb.