Tramp seçkilərdə İsraildən kömək istədi

21 Sentyabr 2024 09:01 (UTC+04:00)

ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident olmasa, “İsrail yox olacaq” tezisini təkrarlayaraq seçkilərdəki rəqibi Kamala Harrisə qarşı Amerika yəhudilərindən onu dəstəkləmələrini istəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp paytaxt Vaşinqtonda qatıldığı İsrail-Amerika Şurasının tədbirində demokrat rəqibi Kamala Harrisi məğlub etmək üçün İsraildən kömək istəyib. Noyabrın 5-də ABŞ-da keçirilən seçkilərin “İsrail tarixində ən mühüm seçki” olduğunu müdafiə edən Tramp: “Yəhudi amerikalılara vədim budur: səslərinizlə sizin müdafiəniz və qoruyucunuz olacağam”.

Yəhudi amerikalılar arasında səsvermənin qeyri-kafi səviyyədə olduğunu iddia edən sabiq prezident deyib: “Mən yüzdə 40-dayam. Bu o deməkdir ki, insanların 60 faizi İsrailə nifrət edən birinə səs verib".

Tramp bildirib ki, seçkidə qalib gəlməsə, İsrail 2 il ərzində məhv olacaq. 78 yaşlı namizəd həmçinin İsraildə hər kəsin onu sevdiyini və istəsə İsraildə baş nazirliyə namizəd ola biləcəyini iddia edib. İsrail lobbisinin gücünü itirdiyini iddia edən Tramp “15 il əvvəl İsrail ən güclü lobbiyə sahib idi. Əgər yəhudi və ya İsrail haqqında pis söz desəniz, siyasətdən kənarda qalacaqsınız" deyə, bildirib.