Silvestr Stallonedən qızlarına 25 milyon dollarlıq hədiyyə

21 Sentyabr 2024 08:40 (UTC+04:00)

Hollivud ulduzu Silvestr Stallone qızları üçün 24,95 milyon dollara Şərqi Hemptonda dəbdəbəli malikanə alıb. SİA xəbər verir ki, bu barədə “Sky news” məlumat paylaşıb.

Məlumata görə, 8 yataq, doqquz vanna otağı olan ev üç mərtəbəlidir. Dəniz sahilində yerləşən villanın içində xüsusi lift, həyətində böyük hovuz var.