Derbinin biletləri 4 saniyəyə satıldı

21 Sentyabr 2024 08:15 (UTC+04:00)

Türkiyə Superliqasının VI turunda keçiriləcək “Fənərbaxça” - “Qalatasaray” oyununun biletləri qısa müddət ərzində satılıb. SİA bu barədə “Ajansspor”a istinadən xəbər verir.

Biletlər satışa çıxarıldıqdan cəmi 4.1 saniyə sonra tükənib.

Qeyd edək ki, sentyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Superliqada 5 turdan sonra “Qalatasaray” maksimum nəticə ilə (15 xal) turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbaxça” isə ikinci pillədə qərarlaşıb.