Cennifer Lopez və Ben Afflek yenidən birlikdə?

21 Sentyabr 2024 01:06 (UTC+04:00)

…Amerikalı müğənni Cennifer Lopez və aktyor Ben Afflek boşanma xəbərindən sonra yenidən ictimaiyyət qarşısına çıxıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə TMZ yazır.

Məlumdur ki, hazırda cütlük boşanma prosesindədir, lakin onlar övladlarını saxlamaq qərarına gəliblər.

Buna görə də, Cennifer və Ben varislərinin təhsil müəssisəsinə qayıtması şərəfinə təşkil edilən ziyafətə qatılıblar.

İnsayderlərin dediyinə görə, ulduzlar “bir-birlərinə tamamilə soyuqdurlar” və məsafəni saxlayırdılar.

Yeri gəlmişkən, müğənni 16 yaşlı əkizləri Emma və Maksı keçmiş əri Mark Entonidən böyüdür.

Afflekin isə keçmiş həyat yoldaşı Cennifer Qarnerdən üç övladı var.

Qeyd edək ki, Cennifer və Ben aprelin 26-da ayrılsalar da, avqustun 20-də müğənni boşanmaq üçün rəsmi ərizə verib.

İki illik evliliyin sona çatmasının səbəbinin “barışmaz fikir ayrılıqları” olduğu barədə şayiələr yayılıb.

Daha sonra ulduzlar evlərini satışa çıxarıblar.

Onlar bu yaxınlarda ilk dəfə birlikdə nahar etdikləri Beverly Hills otelində görüntüləniblər.

Daha sonra insayderlər cütlüyün əl-ələ tutaraq öpüşdüyünü qeyd ediblər.

Ancaq keçmiş həyat yoldaşlarının özləri münasibətləri barədə şərh vermirlər.

Xatırladaq ki, Afflekin Lopesdən boşandıqdan sonra şəxsi həyatının daha əvvəl təfərrüatları məlum olmuşdu.

Nazlı Almuradova