Qadını boğan pitonun “günahsız olduğu” məlum olub..?

20 Sentyabr 2024 22:23 (UTC+04:00)

Vəhşi heyvanlar haqqında videolar hazırlayan ilan mütəxəssisi Anirut Çomnqam, Taylandın Banqkok ətraflarında dörd metrlik pitonun qadına hücumuna haqq qazandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Khaosod English Chomngam-ın YouTube kanalı Nick Wildlife-a istinadən yazır.

Nəhəng ilan 64 yaşlı Arrom Arunrocu iki saat ərzində boğmağa çalışıb. Zərərçəkənin dediyinə görə, piton qab yuyan zaman onu dişləyib və sonra ona sarılıb.

Qonşu onu eşidib xilasediciləri çağırana qədər qadın ilanla təkbaşına mübarizə aparmalı olub. Hadisəni öyrəndikdən və qurbanla danışan Çomnqam pitonu günahsız hesab edib.

O, ilanın əvvəlcə Arunrocu ov hesab etmədiyini, sadəcə özünü müdafiə etdiyini irəli sürür.

Onun sözlərinə görə, qadın ora qabları yaxalamaq üçün gələn zaman piton artıq otaqda olub. İlan yaxınlaşan Arunrocu yırtıcı kimi zənn edib və özünü müdafiə etmək üçün ona hücum edib.

Çomnqamın sözlərinə görə, piton orada döyüldüyü üçün daha qurbanın evinə qayıtmayacaq.

Qeyd edək ki, yaşlı qadın ona sarılan ilanı boynundan tutaraq özündən ayırmağa çalışıb.

…Chomngam bunu etməməyi tövsiyə edib, çünki bu cür hərəkətlər sürünənləri “təcavüzkarı” boğmağa təhrik edir. O qeyd edib ki, pitonla təkbaşına mübarizə aparmaq çox çətindir. Əsas odur ki, onu öz boynunuzdan mümkün qədər uzaq tutun.

Mümkünsə, ilanın ağzına tərkibində spirt olan bir şey tökmək lazımdır.

Nazlı Almuradova