"Bavariya"nın yarımmüdafiəçisi "Mançester Yunayted"in hədəfində

20 Sentyabr 2024 21:35 (UTC+04:00)

"Mançester Yunayted" "Bavariya"nın 29 yaşlı yarımmüdafiəçisi Leon Qoretska ilə maraqlanır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" alman futbolçunu qış transfer pəncərəsində transfer edə bilər. Qoretskanın komandadakı hazırkı mövqeyindən narazı olduğu vurğulanır.

Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə iki matçda iştirak edib və bir qol vurub. Ümumilikdə Qoretzka meydanda 10 dəqiqə keçirib.

Futbolçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.