Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərblə münaqişənin gərginləşməsini istəmir.
…Heç bir eskalasiya yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, o bunu “Sky News Arabia”-ya müsahibəsində bildirib.
Lavrov qeyd edib ki, bir neçə aydır ki, Rusiyanın yalnız “təhdid etməsi” və Qərbin hər dəfə keçdiyi “qırmızı xətlər” haqqında danışması, ondan sonra heç nə baş verməməsi ilə bağlı müzakirələr gedir.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa RT ilə söhbətində ABŞ-ın Ukraynaya Rusiya ərazisinə dərindən zərbə endirmək icazəsi ilə bağlı dünya müharibəsi təhlükəsinin reallığı barədə danışıb.
Əli Babayev