Müğənni Laima Vaykulenin biznes ortağı Şiraz Məmmədov Rusiya biznesinin qalan hissəsini məhkəmə yolu ilə əlindən almaq istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı yazıb.
Mənbənin sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı sərt tənqid edən Vaykule hələ də “Laima-Lux Rus” MMC-dən qazanc əldə edir.
Şirkət gözəllik salonları və kosmetika, mebel və digər aksesuarların satışı ilə məşğul olur, təsisçiləri isə müğənninin özü və iş adamıdır.
İndi Məmmədov “Laima-Lux Rus” MMC-i hüquqi şəxsin sahibləri sırasından çıxarılması üçün məhkəməyə müraciət edib.
…Bu arada Dima Bilan da öz ərzaq və geyim mağazasını qeydiyyatdan keçirib.
Nazlı Almuradova