Ukraynada maşını yandırılan hərbçilərin sayı…

20 Sentyabr 2024 20:45 (UTC+04:00)

…İlin əvvəlindən Ukraynada 266 hərbi və könüllü maşınların yandırılması faktı qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baş Prokurorluğun nümayəndəsi Nadejda Maksimets bildirib.

...Bu cinayəti törətməkdə 169 nəfər ittiham olunub.

RİA Novosti bunu Maksimetsdən sitat gətirir.

Onun sözlərinə görə, ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin və könüllülərin avtomobillərinin yandırılması ilə bağlı ümumilikdə 266 fakt müəyyən edilib.

Bundan əvvəl Ukrayna KİV-i naməlum şəxslərin Kiyevdə gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus bir neçə avtomobili yandırdığını yazmışdı.

Əli Babayev