İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 3-dən 8-ə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Al Jadeed” Livanın Səhiyyə Nazirliyinə istinadən bildirib.
...Səkkiz nəfər həlak olub, 59 nəfər yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.
Mətndə deyilir.
Bundan əvvəl İsrailin Beyruta hücum etdiyi bildirilirdi. Hücum nəticəsində Livanın paytaxtında üç partlayış baş verib.
Zərbənin hədəfi 1983-cü ildə Beyrutda ABŞ səfirliyinin bombalanmasının təşkilatçılarından biri olan və ABŞ tərəfindən axtarışda olan Hizbullah xüsusi əməliyyat komandanlığının rəhbəri İbrahim Aqil olub.
Əli Babayev