İsrail Beyrutu vurdu

20 Sentyabr 2024 18:27 (UTC+04:00)

...İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Beyruta hücumu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

İsrail ordusunun məlumatına görə, İsrail ordusu Livanın paytaxtına hədəfli zərbə endirib.

...İsrail Müdafiə Qüvvələri Beyruta hədəfli zərbə endirib. Hazırda Daxili Cəbhə Komandanlığının direktivlərində heç bir dəyişiklik yoxdur.

Bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

Bu fonda yerli sakinlər Beyrutun cənub ətraflarında üç güclü partlayışın baş verdiyini bildiriblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ərazidəki binalara ciddi ziyan dəyib, həmçinin çoxlu tüstü var. Nəşrin müxbiri onu da bildirir ki, İsrail təyyarələri Beyrut üzərində dövrə vurmaqda davam edir.

TASS xəbər verir ki, İsrailin zərbəsi ilkin olaraq hücumda öldürülən "Livan “Hizbullah” qruplaşmasının yüksək səviyyəli lideri"nə yönəlib.

Ölən şəxsin adı açıqlanmasa da, media “Hizbullah” rəhbərinin müavini Naim Qasimin hücum nəticəsində öldürüldüyünü bildirib.

Digər mənbələr qurbanın “Hizbullah” rəhbərliyinin və Cihad Şurasının yüksək vəzifəli üzvü İbrahim Aqile olduğunu bildirir.

Hələlik bunun rəsmi təsdiqi yoxdur.

Əli Babayev