Emmanuel Makron Entoni Blinkenlə görüşüb

20 Sentyabr 2024 18:16 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, görüş Parisdəki prezident ofisində baş tutub.

Tərəflər Rusiya-Ukrayna müharibəsi çərçivəsində Ukraynaya dəstək məsələlərini müzakirə ediblər. Emmanuel Makron Fransanın Ukraynaya və xalqına uzunmüddətli dəstəyini vurğulayıb.

Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına hazırlıqları da qiymətləndiriblər. Makron və Blinken ölkələri arasındakı sıx əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.