Əli Yerlikaya terrorla mübarizə əməliyyatlarını qiymətləndirib

20 Sentyabr 2024 17:54 (UTC+04:00)

Daxili işlər naziri Əli Yerlikaya 2024-cü il yanvarın 1-dən bu günə qədər 825 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. O, təhlükəsizlik qüvvələrinin 1 yanvar - 31 avqust tarixləri arasında həyata keçirdiyi əməliyyatlarla bağlı məlumat verərək bildirib ki, ümumilikdə 35,428 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 70 terror aktının qarşısı alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, Yerlikaya mütəşəkkil cinayət təşkilatlarından ələ keçirilən malların maliyyə dəyərinin 36 milyard lirə olduğunu vurğulayıb.