"Naxçıvan" klubu baş məşqçi və üç basketbolçu ilə müqavilə müddətini uzadıb - FOTO

20 Sentyabr 2024 17:22 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümündən etibarən yeni adla çıxş edəcək “Naxçıvan” klubu baş məşqçi Murat Dikmen, oyunçular Cordan Perkins, Rəsul Məmmədzadə və Yavər Abbasov ilə müqavilə müddətini uzadıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, adı çəkilənlərlə 1 illik müqavilə imzalanıb.

Baş məşqçinin köməkçisinin adına da aydınlıq gəlib. Bu postu Güray Vural tutacaq.