Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq

20 Sentyabr 2024 16:36 (UTC+04:00)

Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” XVII Beynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib. SİA xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.