Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsilə əlaqədar oktyabrın 29-da Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçiriləcək. SİA xəbər verir ki, konfransda “Landşaftlardan istifadənin müasir vəziyyəti”, “İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri”, “Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri”, “Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi”, “İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı”, “Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri”, “Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri”, “Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi”, “Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları”, “Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri” mövzuları müzakirə olunacaq.
Konfransa materiallar oktyabrın 21-dək qəbul ediləcək.