İndi Yana deyən gərək, “bəy, araq içmisən, pulunu ver də”...

20 Sentyabr 2024 15:00 (UTC+04:00)

...Müğənni Alsu ilə artıq boşanan iş adamı Yan Abramovun maraqlarının nümayəndəsi, yəni vəkili Aleksandr Dobrovinski arasında yaşanan münaqişə öz təsdiqini tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Woman.ru” da artıq “faş” edib.

…Deməli, dedi-qodular dəfələrlə sosial şəbəkələrdə və mətbuatda sənətçinin Britaniya vətəndaşlığından istifadə edərək növbəti məhkəmə prosesini başlatmaq niyyətini müzakirə edib. Bu dəfə isə Londondakı əmlak üçün. SİA-nın bir müddət də əvvəl yazdığı kimi, avqust ayında baş verən boşanmadan sonra üç ümumi uşaq qarşılıqlı razılıq əsasında anaları ilə yaşamağa qalıb.

Ancaq indi boşanmışlar birlikdə əldə etdikləri sərvət üçün mübarizə aparmaq qərarına gəliblər.

Qeyd edək ki, Abramovun məhkəməyə qədər barışıq müqaviləsi keçmiş həyat yoldaşına 2,5 milyard rubl dəyərində əmlakın verilməsindən ibarət idi, lakin bu yaxınlarda o, rədd edilib. Özü də Alsu tərəfindən. Bilirsiniz niyə?

Ehtimal olunur ki, Alsu keçmiş ərinin sərvətinin daha çox qiymətləndirildiyini öyrənib.

İndi iddialara görə, Yan Abramovun sərvətinin on milyarddan çox olduğunu öyrənən Alsu, bizlərdə deyildiyi kimi, indi 2,5 milyarda durmur və...beş milyard istəyir.

Bu arada isə, vəkil Aleksandr Dobrovinskidə narahatlıq baş qaldırdığı deyilir. Bəs, bu niyə?

Deyilənlərə görə, məhkəmənin qeyri-dost ölkə paytaxtında, Londonda keçirilməsi ehtimalına görə...

Əgər bu, həqiqətən də belə olacaqsa, Dobrovinski yüz faiz əmindir...pullar getdi.

...Bizlərdə onu necə deyirdilər, hə...düşdü, düşdü.., “bəy, araq içmisən, pulunu ver də”...

Nazlı Almuradova