Film Fondunun muzeyinə qiymətli eksponat bağışlanıb - FOTOLAR

20 Sentyabr 2024 14:46 (UTC+04:00)

Azərbaycan Dövlət Film Fondunun muzeyinə qiymətli eksponat təqdim olunub. SİA xəbər verir ki, eksponat Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğluya məxsus, 1967-ci ildə istehsal olunmuş “Kvars-700 M” kinokamerasıdır.

Bəstəkarın qızı, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova əmanəti qorunub saxlanılması və ekspozisiyada nümayiş olunması üçün muzeyə hədiyyə edib.

Qeyd edək ki, Xalq artisti Emin Sabitoğlu “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” və digər Azərbaycan filmlərinin bəstəkarı olub.