Almaniyada qaçqınların sayı rekord həddə çatıb

20 Sentyabr 2024 14:36 (UTC+04:00)

Almaniyada ilin əvvəlindən qaçqınların sayı təqribən 60 min nəfər artıb və 1950-ci illərdən bu yana rekord göstəriciyə çatıb. SİA xəbər verir ki, bu barədə məlumatı ölkənin “Neue Osnabrucker Zeitung” qəzeti yayıb.

Bildirilib ki, hazırda Almaniyadan 3,5 milyona yaxın qaçqın var.

Onlardan 1,8 milyonu ukraynalı qaçqınlardır və 2023-cü ilin sonundan sayları 45 min nəfər artıb.

Qeyd edək ki, 2024-cü ilin ortalarında Almaniyada ölkədən çıxarılacaq şəxslər siyahısında təqribən 227 min şəxs olub. 2023-cü ilin sonundan onların sayı 16 min nəfər azalıb. Almaniyadan çıxarılacaq şəxslərin 80,5%-ini isə ölkələrindəki vəziyyətə görə deportasiya etmək mümkün deyil.

Onu da xatırladaq ki, sentyabrın 16-dan Almaniyanın bütün sərhədlərində sərhəd nəzarəti tətbiq edilib.