Hindistan Ukraynaya hərbi sursat göndərdiyinə dair iddiaları rədd etdi

20 Sentyabr 2024 13:52 (UTC+04:00)

Hindistan Xarici İşlər Nazirliyi Avropa ölkələrinin Hindistan istehsalı olan artilleriya mərmilərinin Ukraynaya ötürülməsinə mane ola bilmədiklərinə dair iddiaları “spekulyativ” adlandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval sosial media platformasında açıqlama verib.

Bəyanatda Rusiyanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq sursat təhvilinin bir ildən artıqdır davam etdiyi və Hindistan hökumətinin bunun qarşısını almaq üçün heç bir tədbir görmədiyi xəbəri təkzib edilib və xəbərin "spekulyativ" və "yanıltıcı" olduğu bildirilib. Bəyanatda xəbərlərdə yer alan iddiaların “mövcud olmadığı və buna görə də yalan və zərərli” olduğu vurğulanıb və Hindistanın silahların yayılmasının qarşısının alınmasında “beynəlxalq öhdəliklərə əməl etməkdə qüsursuz bir təcrübəyə” malik olduğu vurğulanıb.

Hindistan may ayında hərbi sursat ixrac qaydalarının daha da sərtləşdirildiyini və alıcılardan üçüncü ölkələrə silah göndərməmələrini tələb etdiyini açıqlamışdı.