Sabunçuda zəncirvari qəza olub - ölən var

20 Sentyabr 2024 13:54 (UTC+04:00)

Bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib. SİA xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində 3 minik avtomobili toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı, ərazidə tıxacın yarandığı bildirilib.