Vətən müharibəsi əlillərinin övladlarının tibbi müayinəsi aparılıb

20 Sentyabr 2024 13:17 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi"nin birgə əməkdaşlığı ilə “Sosial Dəstək, Sağlam Gələcək” layihəsi uğurla davam edir. SİA xəbər verir ki, korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladları tibbi müayinədən keçirilir.

Bu dəfə layihə çərçivəsində Masallı rayonunda yaşayan Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinəsi aparılıb. 5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə tibbi müayinə və ehtiyac duyulan laborator xidmətlər göstərilib.

“Referans Masallı Tibb Mərkəzi”ndə uşaqlarda qanın ümumi analizi, USM (ultrasəs müayinəsi), EKQ, pediatrik müayinə, endokrinoloq və uşaq nevroloqu müayinələri aparılıb.