İsrail əsgərləri fələstinlilərin cəsədlərini damdan atdı

20 Sentyabr 2024 12:03 (UTC+04:00)

İsrail əsgərləri öldürdükləri 3 fələstinlinin cəsədini İordan çayının qərb sahilinin Kabatiya qəsəbəsində bir evin damından atıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri dünən axşam saatlarında işğal altındakı İordan çayının qərb sahilinin Cenin əyalətinin Kabatiya qəsəbəsinə basqın edib. İsrailin təxminən 10 saat davam edən genişmiqyaslı hücumlarında 7 fələstinli həyatını itirib, 11 fələstinli isə yaralanıb.

Yerli mənbələrdən verilən açıqlamada, İsrail əsgərlərinin mühasirədə olan bir evin damında öldürdükləri 3 fələstinlinin cansız cəsədini bir evin damından atdıqları, cəsədlərin daha sonra hadisə yerindən götürüldüyü bildirilib. Sosial mediada paylaşılan görüntülərdə ən azı 3 İsrail əsgərinin bir fələstinlinin cansız bədənini təpikləyərək damdan atdığı görülüb.