Xəzər hövzəsində ən böyük gəmiqayırma zavodu 2028-ci ilədək olan planlarını açıqlayıb

20 Sentyabr 2024 11:46 (UTC+04:00)

Xəzər dənizi hövzəsində ən böyük və müasir gəmiqayırma zavodu olan “Bakı Gəmiqayırma Zavodu” MMC (“Baku Shipyard”) 2028-ci ilədək 13 gəmi inşa edərək təhvil verəcək. Bu barədə SİA-ya “Bakı Gəmiqayırma Zavodu”na istinadən xəbər verib.

Məlumata görə, bu gün zavodun yaradılmasından 11 il ötür.

Bildirilib ki, bu günədək zavodda 11 gəmi inşa edilib: “Hazırda müəssisə tam gücü ilə fəaliyyət göstərir”.

Qeyd edək ki, sahəsi 620 min kvadratmetr olan Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodudur. Açılış mərasimi 2013-cü il sentyabrın 20-də baş tutan zavod Finlandiya, Niderland, Almaniya, Çexiya, Cənubi Koreya, Sinqapur və digər dövlətlərdə istehsal olunan avadanlıqlarla təchiz olunub.