Vəba epidemiyası nəticəsində ölənlərin sayı 348-ə yüksəlib

20 Sentyabr 2024 10:52 (UTC+04:00)

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından ölənlərin sayının 348-ə yüksəldiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Açıqlamada vəba xəstəliyindən həyatını itirənlərin sayının 348-ə çatdığı qeyd edilib. Həmçinin ölkənin 5 vilayətində dang qızdırması şübhəsinin olduğu, 2 nəfərin isə bu xəstəlik şübhəsi ilə öldüyü bildirilib. Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.