MGH-nin radioloqları IV Beynəlxalq konfransda iştirak edəcəklər

20 Sentyabr 2024 10:18 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, radioloq Eldəniz Hüseynov, radioloq Emin Məmmədov, sonoloqlar Dr.Günay Əhmədova, Dr.Tükəzban Abdullayeva və rentgenoloq Natalya Astraxanseva Azərbaycan Radioloqlar Cəmiyyətinin 09-10 oktyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən IV Beynəlxalq konfransında iştirak edəcəklər. SİA xəbər verir ki, dünyanın radiologiya sahəsi üzrə tanınmış radioloqları “Koronar stenozun anatomik qiymətləndirilməsi: Mənfəz, plak və damar divarı”, “İşemik ürək xəstəliyinin funksional görüntüsü: Perfuziya və FFR”, “Hipertrofik fenotipi olan xəstələrdə kardiak MRT-nin diaqnostik və proqnostik rolu”, “Kəskin döş qəfəsi ağrısında kardiak KT-nin rolu”, “Onkoloji ürək - yeni bir patologiya?”, “Ürək qapağı xəstəliklərində KT”, “Qadın Qəlbi - Bəzi Düşüncələr və ya "Panta Rhei", “Praktik baxımdan ürəyin müasir KT və MRT-si”, “Təcili hallarda kardiak KT”, “Tibbi görüntülənmə ilə istiqamətlənmənin şüa terapiyasında rolu”, “Spinal infeksiyalar”, “Əməliyyatdan sonrakı spinal görüntülənmə”, “Səhiyyə xidmətlərini təkmilləşdirmək üçün innovativ kardiak görüntüləmə texnologiyaları və rəqəmsal həllər” və digər mövzularda təqdimatlarla çıxış edəcəklər.

Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 6 DTT balı ilə qiymətləndirilib.
Qeydiyyat linki: http://konfrans2024.radiology.az