Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər - FOTO

20 Sentyabr 2024 10:06 (UTC+04:00)

Çempionlar Liqasında Liqa mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Siyahıda dörd oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir.

Bunlar "Bavariya"dan Harri Keyn, "Bayer 04"dən (Leverkuzen) Florian Virts, "Borussiya"dan (Dortmund) Ceymi Bayno-Qittens və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizmanndır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.