Livanda təyyarələrdə radio və peycerlərin daşınması qadağan edilib

20 Sentyabr 2024 10:02 (UTC+04:00)

İsrailin Livandakı qanlı kiberhücumundan sonra ölkədə təyyarələrdə radio və peycerlərin daşınması qadağan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Livanda Hizbullahın rabitə üçün istifadə etdiyi peycerləri partlatdıqdan sonra, Livan Mülki Aviasiya İdarəsi sərnişinlərə təyyarədə və baqajlarında peycer aparmağı qadağan etmək qərarına gəlib.

Livan Mülki Aviasiya İdarəsi tərəfindən Livandan uçan bütün yerli və xarici hava yollarına göndərilən məktubda Beyrut Rəfik Həriri Hava Limanından uçan bütün sərnişinlərin növbəti xəbərdarlığa qədər təyyarədə peycer və radio aparatları daşıması qadağan edilib. Bildirilib ki, qadağa təkcə sərnişinlərə deyil, onların özləri ilə apardıqları baqajlara da şamil edilir.